Almaniya kansleri: "Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq"


İqtisadiyyat 25 Avq 2018 23:55:16 418 0

Almaniya kansleri: "Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq"

"Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk"

"Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq".

“Report” xəbər verir ki, bunu avqustun 25-də Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən birgə mətbuat konfransında deyib.

"Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq", - deyə o bildirib.