Avtosinxronizasiya


Digərləri 25 Avq 2018 23:50:00 233 0

Avtosinxronizasiya

Bu anlayışın mahiyyəti ondan ibarətdir ki, bir icmanın 5%-i eyni anda eyni fəaliyyəti göstərirsə, qalan 95% onların etdiyini təkrar etməyə başlayır.

Əgər bir sürüyə daxil olan 5% atı qorxudub onları sakit halda dayanmış digər dəstənin içərisinə buraxdıqda digər atlarda ürkəcək və qaçmağa başlayacaq. Bu bir çox heyvanlar üzərində də sınaqdan keçirilib və eyni nəticəni verib.

Son.az psixoloq.az-a istinadən bildirir ki, İngiltərədə bununla bağlı bir eksperiment həyata keçirmişlər. Geniş bir zala insanları dəvət edirlər və özlərinə rahat şəkildə yerləşmək tapşırığı verirlər. Bir qrup insana isə müəyyən edilmiş bir vaxtda hərəkət etmək əmri verilir. Beləliklə eksperiment sübut edir ki, bir qrup içərisində hərəkət edən 5% insan bütün zalı hərəkət etməyə vadar edir.

Bu eksperimenti arzusunda olan hər kəs həyata keçirə bilər. Bir qrup dostunuz ilə konsertə gəlmək və konsertin istənilən zamanında, ürəyinizin istədiyi bir vaxtda əl çalmağınız kifayətdir. Bu an bütün zal sizinlə birgə əl çalmağa başlayacaq.