Kansler: Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək


Digərləri 25 Avq 2018 23:59:39 217 0

Kansler: Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək.

Bakı. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bunu Bakıda Almaniya Kansleri xanım Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. A.Merkel bildirib: "Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik. Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin