Əsəbləriniz sağlamdırmı?


Digərləri 25 Avq 2018 23:40:00 268 0

Əsəbləriniz sağlamdırmı?

İnsan yaşadıqca müxtəlif problemlərlə üzləşir. Bu problemlərin həll yollarını axtarıb tapdıqca, digər problemlərin ortaya çıxması istər-istəməz insanın sinir sistemində öz izini qoyur.

Son.az immunitet.az-a istinadən bildirir ki, uzun müddət fiziki və zehni yorğunluq, əsəbi gərginlik insanın sinir sistemini korlayır. Əsəb sistemi xəstəliklərinin əlamətləri aşağıdakılardır: * daima gərginlik * yuxusuzluq * əsəbilik * iştahanın çox olması və ya olmaması * əllərdə və ayaqlarda titrəmələr * ürəkdöyünmə * tez özündən çıxma və ya özünə qapanma * fiziki həvəssizlik * kəmhövsələlik * tələskənlik * tənbəllik * adi səslərdən belə səksənmə * sevinc hissinin olmaması. Əgər sizdə yuxarıda sadalanan əlamətlərdən biri vardırsa, mütləq əsəb həkiminə müraciət etməniz vacıbdir. Son.az