Affekt nədir?


Digərləri 25 Avq 2018 22:55:00 529 0

Affekt nədir?

Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur.

Son.az psixoloq.az-a istinadən bildirir ki, affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir.

Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir.