İndoneziyada zəlzələ qurbanlarının sayı 563 nəfərə çatdı
Dünya 25 Avq 2018 21:29:00 237 0
İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 563 nəfərə çatıb.
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Sosial məsələlər və təhlükəsizlik nazirliyinin rəsmisi Harri Hikmət bildirib.
Təbii fəlakət nəticəsində yaralananların sayı 7 mini ötüb. Ümumilikdə 75 min ev dağılıb, 450 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Mənbə: milli.az