Əməliyyat olunmuş zahıya qulluq


Digərləri 25 Avq 2018 21:10:00 261 0

Əməliyyat olunmuş zahıya qulluq

Mamalıq əməliyyatları zamanı uşaqlıq boşluğuna əl və alətlərlə təmas olduğu üçün infeksiya təhlükəsi yaranır. Qanitirmə zamanı orqanizmin müqaviməti aşağı düşüdüyünə görə infeksiyanın inkişaf etməsi üçün əlverişli şərait yaranır. Son.az immunitet.az-a istinadən bildirir ki, ona görə də əməliyyat olunmuş zahı qadına xüsusi diqqət və qayğı lazımdır. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır: * xəstənin aseptika qaydalarına ciddi əməl olunmalıdır * bədənin temperaturu nəzarətdə saxlanılmalıdır * zahının nəbzinə nəzarət edilməlidir * vaxtaşırı arterial təzyiq yoxlanılmalıdır * süd vəzilərinin funksiyasına diqqət yetirilməlidir * süd vəzilərinə qulluq edilməlidir * əmizdirmədən qabaq döşün giləsinə diqqət yetirilməlidir * düzgün əmizdirilməyə, döşün sağılmasına nəzarət olunmalıdır * bağırsaq və sidik kisəsinə ciddi nəzarət olunmalıdır * zahının qidalanma və yuxu rejimi qaydasında olmalıdır * müntəzəm olaraq mama-ginekoloqa vəziyyət barədə məlumat verilməlidir. Son.az