Bakıda idmanəyləncə park kompleksi VİDEO


Digərləri 25 Avq 2018 21:11:00 369 0

Bakıda idmanəyləncə park kompleksi  VİDEO

Bakının Xətai rayonunda yeni salınan idman-əyləncə park kompleksi dünəndən sakinlərin ixtiyarına verilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə salınan park vətəndaşların ürəyincə olub

Son.az xezerxeber.az-a istinadən bildirir ki, parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb. İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir.

Sakinlər deyir ki, istirahət etmək üçün yaxınlıqda bu cür parkın salınması sevindiricidir.

Parkda xüsusi dizayn və üslubu ilə fərqlənən müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər quraşdırılıb. Yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib


Xəbərə aid video