Sumqayıtda liftlərə qənim kəsilənlər: 29 yeni lift


Digərləri 25 Avq 2018 21:12:00 291 0

Sumqayıtda liftlərə qənim kəsilənlər: 29 yeni lift

Liftlərin içi misdən olan avadanlığı oğurlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sumqayıtda baş verib. Şəhərin 10-cu, 13-cü mikrorayonlarında və 47-ci məhəlləsində ümumilikdə 29-dan çox liftin texniki vasitələri oğurlanıb. Mövcud hadisə yerli sakinləri narahat edir. Oğurluq yaşayış binalarının ən axırıncı mərtəbəsində olub. Yuxarı mərtəbədə yaşayan sakinlər hazırda öz mənzillərinə çıxıb düşməkdə çətinlik çəkirlər.

Sakinlər deyir ki, oğurluq hadisəsi hələki yeniləri ilə əvəz olunmayan köhnə liftlərdə həyata keçirilib.


Xəbərə aid video