Mənzil kirayəyə verənlərə xəbərdarlıq


Digərləri 25 Avq 2018 21:09:00 253 0

Mənzil kirayəyə verənlərə xəbərdarlıq

Vətəndaş evini kirayə verdiyi zaman qanuna görə, kirayə pulunun 14 faizini vergi kimi ödəməlidir. Ancaq rieltorlar deyirlər ki, hazırda bu qaydaya ev sahibləri tərəfindən əməl olunmur

Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verirsə, bu zaman

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onun vergi orqaninda uçota alinmaq, aldiği kirayə pulundan vergi ödəmək və vergi orqanina bəyənnamə təqdim etmək kimi öhdəliyi yaranmir.

Ancaq vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayəyə verərsə, özü yaşadığı yer üzrə vergi orqanına müraciət edərək VÖEN almalıdır. Bundan sonra, VÖEN-i olan ev sahibi kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə müəyyən edilmiş qaydada vergi ödəməlidir.

Kirayə ilə bağlı qanunvericiliyə riayət etməyən şəxsləri isə cərimə gözləyir. Belə ki...

Müəyyən olunmuş müddətdə vergi orqanlarinda uçota alinmamağa və hesabat təqdim edilməməsinə görə hər bir nöqsana görə ayri-ayriliqda 40 manat məbləğində maliyyə sanksiyasi tətbiq edilir


Xəbərə aid video