Rusiyada kriptovalyuta mədənçiliyi genişlənir


Digərləri 25 Avq 2018 20:25:00 274 0

Rusiyada kriptovalyuta mədənçiliyi genişlənir

Rusiyada kriptovalyuta sektoru böyüyür. Daha çox rus kriptovalyutaya sahib olduqca mədənçilik əməliyyatları edən müəssisələrin sayı artır. Aparılan araşdırmaya görə, Rusiyada mədənçilik müəssisələrinin sayı bu il ciddi şəkildə artıb.

Rusiyada mədənçiliklə məşğul olan 7500 şirkət var

Son.az kripto.az-a istinadən bildirir ki, ucuz elektrikin də daxil olduğu enerji ehtiyatlarının bol olduğu Rusiya kriptovalyuta mədənçiliyi üçün hər şeyə malikdir. İqtisadiyyatdakı bu modern sektor ölkədə getdikcə inkişaf edir.

"İlin ikinci yarısında aparılan araşdırmanın nəticələrinə görə, Rusiyadakı mədənçilik müəssisələrinin sayı 15% artaraq 75 minə çatıb. Mədənçilik sənayesi 350 min insanın iş yerinə çevrilib. Rusiya dünyanın mədənçilik bazarının 6%-nə sahibdir. Bu göstərici 1 il əvvəl 1% idi. ABŞ və Kanada bu baxımdan lider ölkələrdir".

Rusiya Kriptovalyuta və Blockchain Birliyinin rəhbərinin apardığı bu araşdırma əsnasında danışılmış hər şey Rusiyanın lehinə deyildi. Rəhbər bu müsbət xəbərlə yanaşı Rusiyanın rəqəmsal maliyyə lideri olmaq şansını itirdiyini də bildirib. O, həmçinin bunları əlavə edib:

"Rəqəmsal pul çoxdan meydana çıxıb və Rusiyanın bunu qəbul etmə və mənimsəmə ilə bağlı gecikməsi illik 1 trilyon rubla qədər itki anlamına gəlir".