Bakıda xadimə işlədiyi evdən oğurluq etdi


Digərləri 25 Avq 2018 20:03:00 238 0

Bakıda xadimə işlədiyi evdən oğurluq etdi

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlanması barədə 18-ci polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.

Könül Tağıyevanın həmin mənzildə xadimə işlədiyi məlum olub.

Fakt üzrə araşdırmalar davam etdirilir.