Ayağınızda ağrılar, şişlik, qıcolmalar varsa...


Digərləri 25 Avq 2018 19:50:00 260 0

Ayağınızda ağrılar, şişlik, qıcolmalar varsa...

Damar genişlənməsi müasir zamanda ən çox yayılan problemlər sırasındadır. Buna baxmayaraq əksər insan bu xəstəliyə diqqət yetirmir və nəticədə isə xəstəlik daha da irəliləyir.

Buna əsas səbəb isə insanların, daha çox ayaq ağrıları, və dəri səthində damarların ifrat dərəcəsində görünməsindən sonra həkimə üz tutmalarıdır.

Son.az psixoloq.az-a istinadən bildirir ki,  ürək-damar cərrahı Elşən Əliyev, hər damar xəstəliyinin ayaqlarda görünmədiyini deyib. Onun sözlərinə görə, ayaqlarda şişkinliyin olması, baldır nahiyədə qıcolma, ağrıların olması damar genişlənməsi xəstəliyinin əlamətlərindəndir:

"Sözsüz ki pasiyentin xəstəliyin başlanğıc mərhələsində müraciət etməsi onu əməliyyatdan azad etmiş ola bilər. Ürəyə qan aparan damarlarda ən çox rast gəlinən xəstəlik varikoz genişlənmədir. Ürəkdən qan gətirən damarlarda ən çox rast gəlinən xəstəlik damar tutulmasıdır".