Paşinyandan terror təşkilatına


Dünya 25 Avq 2018 19:36:00 284 0

Paşinyandan terror təşkilatına

Ermənistanda fəaliyyət göstərən Sasna Çrer adlı silahlı qruplaşmanın liderləri Jirayr Səfilyan və Varuzxan Avetisyan mətbuat konfransı keçirərək qurumu siyasi partiya elan ediblər.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, qruplaşma liderləri partiyanın prioritetlərini də açıqlayıblar.

Antirusiya mövqeyi ilə seçilən Sasna Çrerin əsas hədəflərindən biri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsidir.

Rus hərbi bazalarının Ermənistandan çıxarılması, Rusiya əmlaklarının milliləşdirilməsi, rus telakanallarının yayımının dayandırılması da silahlı qruplaşamın prioritetlərinə daxildir.

Ən maraqlısı isə budur ki, ölkə ərazisində terror təşkilatı kimi tanınan Sasna Çrer Baş nazir Nikol Paşinyanı dəstəklədiyini açıqlayıb.