Siyəzəndə dəhşətli qəza:


Digərləri 25 Avq 2018 19:09:00 267 0

Siyəzəndə dəhşətli qəza:

Siyəzəndə yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, rayonun Beşdam kəndində "VAZ" və "Daewoo" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və "Daewoo" markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.