Oğlunun 5ci mərtəbədən düşdüyünü görən ana özünü pəncərədən atdı FOTO


Dünya 25 Avq 2018 18:50:00 251 0

Oğlunun 5ci mərtəbədən düşdüyünü görən ana özünü pəncərədən atdı  FOTO

Türkiyənin Bursa şəhərində 3 yaşlı oğlunun beşinci mərtəbədən yıxıldığını görən ana özünü pəncərədən atıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ölüb, ana isə ağır yaralanıb.

Nigar.K oğlu Əbdülvahab ilə yataq xəstəsi olan anasının evinə gəlib. Uşaq evin həyətə baxan yataq otağının eyvanına çıxıb. Bir müddət sonra səs eşidərək eyvana çıxan qadın oğlunun 5-ci mərtəbədən aşağı düşdüyünü görüb. Oğlunun cansız bədənini yerdə görən qadın evin digər pəncərəsindən özünü aşağı atıb. O, həyətdəki avtomobilin üzərinə düşüb.

Dərhal hadisə yerinə gələn təcili yardım maşınları qadını və oğlunu xəstəxanaya aparıb. Bütün müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Qadın isə xəstəxanada müalicə alır.


Xəbərə aid fotolar