Azərbaycanda daha bir dəhşətli qəza:


Digərləri 25 Avq 2018 17:23:54 233 0

Azərbaycanda daha bir dəhşətli qəza:

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

Son.az-ın qafqazinfo.az-ya istinadən məlumatına görə, Qara Siyəzən adlı ərazidə "VAZ 2107" markalı avtomobillə "Daewoo" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb ediliblər.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, avqustun 24-də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.