Vaxt var idi, anamla birlikdə onunbunun qapısında işləyirdik


Şou-biznes 25 Avq 2018 17:20:00 256 0

Vaxt var idi, anamla birlikdə onunbunun qapısında işləyirdik

İdmançı Kamil Zeynallı öz şəxsi həyatı haqqında bəzi gizlinləri açıqlayıb.

"Deyirəm ki, qurban olum Allaha, vaxt var idi, anamla onun-bunun qapısında işləyirdik dolanmaq üçün. Onun-bunun evində qalırdıq evimiz yox idi deyə. Onun-bunun sözünü götürürdük. Onun-bunun paltarlarını geyinirdik. Onun-bunun yeməyini yeyirdik ac qalmayaq deyə". Son.az interpress.az-a istinadən xəbər verir ki, Kamil Zeynallı bidlirib ki, maddi vəziyyəti yaxşılaşdıqdan sonra ətrafı genişlənməyə başlayıb: "Vaxtında bizə kömək edənlərin Allah canlarını sağ eləsin, onlar da, bunlar da sağ olsunlar. Mən bir az qalxandan sonra ətrafım genişləndi. Anam da həmişə deyirdi ki, balam, sənin ətrafında yaxın bildiyin çox adam sənin adından-sanından istifadə edir. Özlərini dost kimi, qardaş kimi göstərirlər. Amma onlar ikiüzlüdürlər. Özlərini səninlə tanıtmaq, üzə çıxarmaq istəyirlər. Üzünə gülüb arxada danışanlardır. Anamın bu sözünə fikir vermirdim çox vaxt, indi görürəm ki, hə, ananın hissiyyatı necə də güclü olurmuş".