Qida məhsullarını daha keyfiyyətli saxlamağın yolları


Digərləri 25 Avq 2018 17:08:00 196 0

Qida məhsullarını daha keyfiyyətli saxlamağın yolları

Qida zəncirinin bütün mərhələlərində mal qonşuluğu prinsipinə əməl olunması vacibdir

Bakı. Qida zəncirinin bütün mərhələlərində mal qonşuluğu prinsipinə əməl olunması vacibdir. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, Qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə temperatur, işıq, nəmlilik, mikroorqanizmlər kimi amillər, həmçinin, mal qonşuluğu prinsipinin pozulması da təsir edir. Sanitar-gigiyenik norma və qaydalara əsasən ərzaq mağazalarında, market və supermarketlərdə, müxtəlif iaşə obyektlərində - kafe və restoranlarda mal qonşuluğu prinsipinə əməl edilməsi tövsiyə olunur. Bu qaydalara əməl etməklə təklif olunan məhsulların keyfiyyəti, məhsulların əmtəə görünüşü və təhlükəsizliyi qorunmuş olur. Qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartları normativ aktlar və qanunlarla tənzimlənir. Qida məhsullarının istehsalı, daşınması və saxlanması mərhələləri bu qanunlar vasitəsilə nizamlanır. Burada əsas məqamlardan biri məhsulların saxlanacağı anbarların sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti, həmçinin anbarlarda istifadə olunan qabların təmizliyidir.