ABŞ Avropa ilə İran məsələsində razılaşmadı


Dünya 25 Avq 2018 16:31:00 281 0

ABŞ Avropa ilə İran məsələsində razılaşmadı

ABŞ hökuməti Avropa İttifaqının İrana 20,7 milyon dollar yardım etmək barədə qərarını tənqid edərək, bunu "Yalnış zamanda yanlış qərar" adlandırıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk məlumat verib.

Rəsmi Vaşinqton Brüsseli dünyanın qlobal sabitliyinə qarşı İran təhdidini dayandırmağa kömək etməyə çağırıb.

"Avropadan xarici yardımlar rejimin xalqın ehtiyaclarına laqeyd yanaşma qabiliyyətini qüvvədə saxlayır və siyasi dəyişiklikləri ciddi şəkildə pozur", - Huk bildirib.

"İran xalqı hökumət tərəfindən korrupsiya, pis idarəçilik, terrorizmə və xarici münaqişələrə investisiyalar kimi real iqtisadi təzyiqlərlə qarşılaşır. ABŞ və Avropa İttifaqı birlikdə İran xalqını dəstəkləyən və rejimin regional və qlobal sabitliyə olan təhdidlərini sona çatdıran uzunmüddətli həll yolunu tapmaq üçün birgə çalışmalıdır", - Huk sözlərinə əlavə edib.