Bir gündə 128 cinayət törədilib


Kriminal 25 Avq 2018 15:44:22 290 0

Bir gündə 128 cinayət törədilib

Avqustun 24-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 128 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölmüş, 17 nəfər xəsarət alıb.