Bu ölkə ABŞın F16larından imtina etdi


Dünya 25 Avq 2018 14:47:00 232 0

Bu ölkə ABŞın F16larından imtina etdi

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-dan F-16 qırıcı təyyarələrini almaqdan imtina edərək, onları tamamilə faydasız adlandırıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə R.Duterte Davo şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.

"Bizə F-16-lar lazım deyil. Lakin onlar bizi təhqir etmələrinə baxmayaraq, bu məsələni bir daha qaldırırlar", - Duterde söyləyib.

Dövlət başçısının bu cür reaksiyasına ABŞ-ın Müdafiə naziri Ceyms Mettisin, Dövlət katibi Mayk Pompeonun və Ticarət naziri Uilbir Rossun imzaladıqları birgə məktub səbəb olub. R.Dutertenin sözlərinə görə, Vaşinqtonun bu addımı Filippin hökumətinə qarşı çoxsaylı çıxışlardan sonra "barışıq" cəhdi təsiri bağışlayır.

Filippin Prezidenti qeyd edib ki, F-16-ların əvəzinə Filippinə qiyamçılarla mübarizə aparmaq üçün yüngül, porşenli təyyarələr lazımdır. O, həmçinin ABŞ-ı ölkənin silahlı qüvvələrinin müasirləşməsinə maneə yaratmaqda günahlandırıb.