SOCAR Uniperlə yeni layihələrə başlayacaq FOTO


Digərləri 25 Avq 2018 14:24:00 261 0

SOCAR Uniperlə yeni layihələrə başlayacaq  FOTO

Uniper SE və SOCAR Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaqlar.

Son.az xəbər verir ki, SOCAR-dan Trend-ə verilən məlumata görə, hər iki şirkət bu gün Bakıda Almaniya Federal Kansleri Dr. Angela Merkelin Azərbaycana səfəri zamanı müvafiq razılaşmanı imzaladılar. Alman enerji təchizatçısı və Azərbaycanın dövlət neft şirkəti artıq 5 ildir ki, sıx əməkdaşlıq edirlər.

Yeni razılaşmanın məqsədi, ilk növbədə, Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır. İlkin araşdırmalar göstərmişdir ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür.

SOCAR və Uniper şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlamışlar. 2045-ci ilədək hər il 1,5 milyard m³ təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.

Sənaye səmərəliliyi sahəsində SOCAR və Uniper şirkətləri 2015-ci ildə birgə müəssisə yaratmışlar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən Azərikimya kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini Hermes eksport kredit zəmanəti ilə dəstəkləmişdir. Təqribən 30 milyon avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.

Uniper və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər


Xəbərə aid fotolar