Bekhem sürücülük hüququndan məhrum edilə bilər


İdman 25 Avq 2018 14:18:00 318 0

Bekhem sürücülük hüququndan məhrum edilə bilər

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sürücülük hüququndan məhrum edilə bilər.

Goal.az “Daily Mail”a istinadən xəbər verir ki, veteran oyunçu yol hərəkəti qaydalarına əməl etməməkdə ittiham olunur. Bekhemin bu ilin yanvarında Londonda “Bentley” markalı avtomobili ilə sürət həddi saatda 40 km göstərilən yolda 59 km sürətlə hərəkət etdiyi bildirilir.

Futbolçu ittihamı qəbul etməyib. İşlə bağlı dinləm avqustun 28-də Londondakı məhkəmələrin birində olacaq. Bekhem günahkar bilincəyi təqdirdə, sürücülük hüququndan məhrum edilə və ya cərimələnə bilər.

Qeyd edək ki, Bekhem karyerası ərzində İngiltərənin Manchester United, İspaniyanın Real Madrid, ABŞ-ın Los-Angels Galaxy, İtaliyanın Milan və Fransanın PSG klublarının formasını geyinib.