Futbolçunu oyundan çıxarıb həbs etdilər


Digərləri 25 Avq 2018 13:50:00 217 0

Futbolçunu oyundan çıxarıb həbs etdilər

Peruda futbol matçı zamanı hamını təəccübləndirən hadisə baş verib.

Son.az xəbər verir ki, "Yunion Kimbiri" ilə "Sport Huanta" arasında keçirilən kubok oyunu zamanı polis meydana daxil olaraq futbolçulardan birini həbs edib.

"Yunion Kimbiri"də forma geyən Sezar Montalvo nə baş verdiyini bilmədən özünü polis maşınında görüb. Posil Sezarın həbs olunmasına səbəb kimi saxta kimlik istifadə etdiyini göstərib. Əsl adının Joze Antoni Larrain Kontreras olduğu bildirilən Sezar Montalvo polis bölməsinə aparılıb.