Azərbaycanda bağlanan 9 bankın əmlakı satışa çıxarılıb


Digərləri 25 Avq 2018 13:44:00 250 0

Azərbaycanda bağlanan 9 bankın əmlakı satışa çıxarılıb

Əmanətlərin Sığortalanması Fondu Azərbaycanın Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" KB, "Texnikabank" ASC, "Kredobank" ASC, "Bank of Azərbaycan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Zaminbank" ASC, "Atrabank" ASC, "Royalbank" ASC və "Dəmirbank" ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır.

Son.az xəbər verir ki, fonddan Trend-ə verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

3 sentyabr 2018-ci il tarixində keçiriləcək hərracda 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkassator maşını, 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə kompüter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd pos-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, 2 lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satışa çıxarılır.