Rusiya ilə sərhəddə sıxlığın səbəbi açıqlandı


Digərləri 25 Avq 2018 12:12:00 259 0

Rusiya ilə sərhəddə sıxlığın səbəbi açıqlandı

Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır.

Bakı. Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının ölkələrindəki orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır. Belə ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə artıq insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur.