Həyətində çətənə becərirmiş


Digərləri 25 Avq 2018 11:56:00 211 0

Həyətində çətənə becərirmiş

Saatlı sakininin həyətində çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Saatlı Rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini 45 yaşlı Abasət Ağayev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu aşkar edilərək götürülüb.