Sheriff-dən Qarabağ-la oyunda rekord


İdman 25 Avq 2018 11:37:00 259 0

Sheriff-dən Qarabağ-la oyunda rekord

Moldovanın Sheriff komandası Avropa Liqasının pley-off mərhələsində Qarabağ-ı 1:0 hesabı ilə məğlub etdiyi ilk oyunda rekorda imza atıb.

Goal.az xəbər verir ki, Tiraspol təmsilçisi avrokuboklarda ardıcıl 5 oyun qapısını toxunulmaz saxlamağı bacarıb. Bu isə yalnız Sheriff-in deyil, Moldova klublarının avrokuboklarda ən yaxşı göstəricisidir.

Bu görüşlərdə komandanın qapısını Zvonimir Mikuliç və Sergey Paşenko qoruyub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq.