Gəncədə dəhşətli yanğın:


Digərləri 25 Avq 2018 11:20:00 244 0

Gəncədə dəhşətli yanğın:

Gəncədə çoxmərtəbəli binada yanğın olub. Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi 48A ünvanında qeydə alınıb. Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay Abdullayevaya məxsus 103 kvadrat metrlik beşotaqlı evdə meydana gəlib. Mənzilin bir otağında 12 kvadrat metrlik sahə yanıb. Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər təxliyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə ilkin yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar