Bakıda sex, Bərdədə 6 otaqlı ev yandı


Digərləri 25 Avq 2018 11:27:00 278 0

Bakıda sex, Bərdədə 6 otaqlı ev yandı

Paytaxtda sex, Bərdədə 6 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda tikilinin (yığma sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış taxta materialları 10 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bərdə rayonunun Mirzalıbəyli kəndində ümumi sahəsi 180 m² tikilidə 6 otağın yanar konstruksiyaları, taxta konstruksiyalardan ibarət artırmalar və ev əşyaları 140 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.