Azərbaycanda ata gənc oğlunu bıçaqlayıb qaçdı


Digərləri 25 Avq 2018 10:57:00 259 0

Azərbaycanda ata gənc oğlunu bıçaqlayıb qaçdı

Şirvanda Sabirabad sakini bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlu atası tərəfindən bıçaqlanıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.