ABŞ-da keçiriləcək ilk La Liqa matçı


İdman 25 Avq 2018 10:50:00 258 0

ABŞ-da keçiriləcək ilk La Liqa matçı

La Liqa rəhbərliyi tarixdə ilk dəfə İspaniya hüdudlarından kənarda keçiriləcək futbol matçı ilə bağlı seçim edib.

Goal.az AS-a istinadən xəbər verir ki, XXI turun "Girona" – “Barselona” oyununun ABŞ-da təşkil edilməsi planlaşdırılır. Təqvimə əsasən, görüş 2019-cu il yanvarın 27-də baş tutacaq.

Qeyd edək ki, La Liqa rəhbərliyi ilə “Relevant Sport” şirkəti arasında əldə olunmuş razılığa əsasən, İspaniya çempionatının bəzi oyunları yaxın 15 ildə  ABŞ və Kanadada keçiriləcək.