Şirvanda ata gənc oğlunu bıçaqlayıb


Sosial 25 Avq 2018 10:18:33 202 0

Şirvanda ata gənc oğlunu bıçaqlayıb

Yaralının vəziyyəti orta-ağırdır

Şirvanda Sabirabad sakini bıçaqlanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlu atası tərəfindən bıçaqlanıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlərək əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.