YouTube ulduzu intihar etdi,


Digərləri 25 Avq 2018 09:51:00 241 0

YouTube ulduzu intihar etdi,

YouTube-da "McSkillet" kimi tanınan məşhur letspleyçi və geymer, 18 yaşlı Trevor Heytmann həlak olub. O, idarə etdiyi McLaren idman avtomobili ilə qəza törədib. Həmin qəzada 43 yaşlı Aylin Pisarronun və 12 yaşlı Ariya Pissaronun da ölümünə səbəb olub.

Son.az NBC-yə istinadən bildirir ki, 500 min dollarlıq McLaren avtomobili ilə ABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərinin yaxınlığındakı I-805 HOV şossesində çox böyük sürətlə hərəkət edən Trevor Heytmann idarəetməni itirib, maşın qarşı hərəkət zolağına çıxıb və qarşıdan gələn Hyundai krossoveri ilə toqquşub.

Hyundai-ın sükanı arxasındakı Aylin Pissaro və sərnişin yerində olan Ariya Pisarro qəzada həlak olublar.

Trevor Heytmann da həlak olub.


Xəbərə aid fotolar