Neftçalada motosiklet piyadanı vurdu:


Digərləri 25 Avq 2018 09:04:00 213 0

Neftçalada motosiklet piyadanı vurdu:

Neftçala rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Rayonun 1989-cu il təvəllüdlü Xəzərkənd kənd sakini Quliyev Çingiz Rahim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən 1997-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Abdullayev Fəxrəddin Rövşən oğlunu vurub. Nəticədə sürücü və piyada müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.