ABŞ Rusiyanı Suriyaya zərbə endirəcəyi barədə xəbərdar edib


Dünya 25 Avq 2018 08:44:00 311 0

ABŞ Rusiyanı Suriyaya zərbə endirəcəyi barədə xəbərdar edib

Ağ ev Dəməşqin terrorçuların nəzarəti altında olan ərazilərin azad edilməsi üçün kimyəvi silahdan istifadə edə biləcəyinə dair məlumata malik olduğunu bəyan edib.

Son.az "Report"a istinadən bildirir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən görüşündə Bəşər Əsəd hökumətinin ölkədə kimyəvi silah tətbiq edəcəyi təqdirdə Vaşinqtonun növbəti dəfə Suriyaya zərbə endirməyə hazırlaşdığını bildirib.