Yağları yandıran və arıqladan ən effektli


Digərləri 25 Avq 2018 07:21:00 314 0

Yağları yandıran və arıqladan ən effektli

Yağlanma müasir dövrdə ən çox yayılan sağlamlıq problemlərindən biridir. İnsanlar bu xoşagəlməz haldan xilas olmaq üçün pəhrizlər saxlayır, idmanla məşğul olurlar. Lakin yağlanmanın qarşısını almağın bir çarəsi də var. Bu da mətbəxdir. Bədəndəki yağları yandıraraq artıq çəkidən azad olmaq üçün bir çox qidalar var.

Acı bibər

Acı bibər bədəni isidir, kalorini yandırır. Bədənimizdəki ağ yağ hüceyrələri enerji anbarıdır və qəhvəyi yağ hüceyrələri termogenik təsirə malikdir. Acı bibərin yaratdığı istilik yağ yandırmağa imkan verir.

Tam taxıllar və tərəvəzlər

Qəhvəyi düyü, yulaf və kinoa kimi kompleks karbohidratlarda olan lif mədədə tamamilə həzm olunub yandırılmır. Bunun üçün bədən başqa enerjiyə ehtiyac duyur və həmin enerji bu yeməkləri həzm etmək üçün istifadə olunur. Buna görə də artıq çəkidən azad olmaq üçün bol miqdarda tərəvəz yeməlisiniz. Xüsusilə ispanaq, brokoli, tərə, kələm kimi yaşıl yarpaqlı tərəvəzlər.

Qara bibər

Qara bibərdə olan piperier istiliyin təsiri ilə yağ yandırmağa kömək olur. Ona görə də istiot yemək yalnız yeməklərə ləzzət qatmır, eyni zamanda arıqlamağı təmin edir.

Zəncəfil

Zəncəfilin kəskin dad verən karsaisin maddəsi bədən istiliyini artıraraq maddələr mübadiləsini sürətləndirməyə kömək olur. Araşdırmalara görə, zəncəfil aclıq hissini azaldır, çəki azaltmağı dəstəkləyir. Zəncəfili halqa-halqa doğrayıb qaynar suya atın. 10 dəqiqə dəmləndikdən sonra için.