Niyə kişilər özlərindən böyük qadınları seçir? –


Digərləri 25 Avq 2018 07:11:00 246 0

Niyə kişilər özlərindən böyük qadınları seçir? –

Bir çox kişilərin özlərindən yaşca böyük qadınlara üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəs kişilərin nə üçün yetkin qadınlarla birlikdə olduqlarını bilirsinizmi? Aile.lent.az bunun bir neçə səbəbi ilə sizi tanış edir.

Hormonlarına nəzarət edə bilərlər

Sevgiliniz sizdən yaşca böyükdürsə, emosional partlayışlarla qarşılaşmayacağınızdan əmin ola bilərsiniz. Yetkin qadınlar özlərini daha yaxşı idarə edə bildikləri üçün kişilərin üzərində emosional təzyiq yaratmırlar.

Yataqda nə etdiklərini bilirlər

Hər şeydə olduğu kimi yataqda da 1-0 önə keçirlər. Yetkin qadınların yataqda sizi təəccübləndirəcək davranışları və bunları nümayiş etdirəcək dərəcədə özünəinamı var.

Maniken kimi olmağı düşünmürlər

Bir çox kişini yetkin qadınların yaşlarından irəli gələn davranışları valeh edir. Məsələn, yetkin qadınlar da fiziki görünüşlərindən utanmırlar, maniken fiziki görünüşə sahib olmaq kimi dərdləri yoxdur. Özlərini olduqları kimi qəbul edirlər.

Münasibətdə sərbəstdirlər