Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub - FOTO


Sosial 25 Avq 2018 00:16:40 257 0

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub - FOTO

Sakinlər təxliyyə olunub

Bərdə rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə rayonun Mirzalıbəyli kəndində yerləşən Su Meliorasiya İdarəsinin inzibati binasında baş verib.

Binada məskunlaşan Şuşa rayonundan məcburi köçkün olan Vahid Zeynalov və Cabir Çobanova məxsus mənzillər elektrik naqillərində baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb edilib. Alov ram edilərək yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Binada məskunlaşan məcburi köçkünlər təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.