Günvurma barədə xəbərdarlıq edən köynək hazırlanıb


Digərləri 24 Avq 2018 23:51:00 281 0

Günvurma barədə xəbərdarlıq edən köynək hazırlanıb

Yaponiyanın idman malları istehsalı sahəsində tanınmış "ASICS Corporation" və telekommunikasiyalar sahəsinin nəhənglərindən biri olan NTT şirkəti sahibini günvurmadan qoruyan köynəyi ictimaiyyətə təqdim ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, xəbərdaredici sensorla təchiz edilən köynək avqustun 23-də nümayiş olunub.

Köynəyin arxa hissəsində yerləşdirilən sensor sahibinin ürək döyüntülərini, köynəyin altındakı hərarəti və nəmişliyi, həmçinin günəşin istiliyini izləyir.