Maykl Ceksonun ölümündən sonrakı albomu saxta çıxıb


Digərləri 24 Avq 2018 23:57:27 251 0

Maykl Ceksonun ölümündən sonrakı albomu saxta çıxıb

"Sony Music Entertainment" şirkəti pop kralı Maykl Ceksonun ölümündən sonra buraxılan albomda bir neçə mahnının başqa bir vokalçı tərəfindən səsləndirildiyini etiraf edib.

Son.az "report"-a istinadən bildirir ki, şirkət nümayəndələrinin məhkəmədə bildirdiklərinə görə, "Breaking News", "Keep Your Head Up" və "Monster" mahnıları Ceyson Malaçi tərəfindən ifa olunub.

Şirkətə qarşı məhkəmə 2014-cü ildə mahnıların saxtalığından şübhələnən fanatların iddiasından sonra başlanıb. Həmin vaxt şirkət nümayəndələri plastinkadakı bütün mahnıları Ceksonun oxuduğunu iddia edirdilər.