Evi zibilləyən, sabundan istifadə etməyən


Digərləri 24 Avq 2018 23:48:00 218 0

Evi zibilləyən, sabundan istifadə etməyən

Hollivudun məşhur ulduzlarının şəxsi həyatları ziddiyətlərlə doludur.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, kamera qarşısında onları hamı görür amma evlərində və bağlı qapılar arxasında nələr olduğunu heç kəs bilmir. Bu gün oxucularımıza dünya ulduzlarının çox qəribə adətləri haqqında məlumat verəcəyik.

Corc Kluni

Hollivud ulduzu bahalı likör kolleksiyası yığır və onu gözü kimi qoruyur. Evdə olmadığı vaxtlarda isə xidmətçilərdən birinin bu likörlərin dadına baxıb-baxmadığını müəyyən etmək üçün şüşələrə işarə qoyur.

Sandra Ballok

Sandra isə 24 saat evin pərdələrini bağlı saxlayır və xidmətçilərinə də xəbərdarlıq edir. İddiaya görə, Ballok evə kiminsə uzaqdan baxdığından qorxduğu üçün belə edir.

Kristen Stüart

Evdə çox siqaret çəkir. Çəkdiyi siqaretləri isə söndürüb zibil qabına atmır. Evin hər yerindən, hətta soyuducudan da siqaret kötükləri çıxır.

Meqan Foks

Dünyanın ən gözəl qadınlarından sayılan Meqan tualetdən çıxanda arxasıyca suyu çəkmir. O, evdə təmizlik işi ilə məşğul olmur, paltarlarını çıxardığı yerdə qoyur.

Bred Pitt

Bred sabun və parfümdən istifadə etməyi xoşlamır. Bunun əvəzinə isə evdə hazırlanmış bir məhluldan istifadə edir. Məhlul isə xoş olmayan qoxu verir. Hətta uşaqları Bredə "iylənmiş ata" deyirlər.