Dünyada hər 10 nəfərdən biri...


Digərləri 24 Avq 2018 23:18:00 247 0

Dünyada hər 10 nəfərdən biri...

Dünyada hər 10 nəfərdən biri böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir. Bu xəstəlik maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması nəticəsində yaranır.

Son.az bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri, uzman-uroloq Fikrət Əhmədovun sözlərinə görə, bu xəstəlik bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.

Uzman-uroloq Fikrət Əhmmədovun bildirdiyinə görə, böyrəklər və sidikçıxarıcı yolların problemləri uroloji xəstəliklər silsiləsinə daxildir. Amma böyrək və sidik yollarının daş xəstəliyi günümüzdə daha aktualdı: "Bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar şöbəmizə müraciət edir. Bu, həm də genetik xarakter daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik olur. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq xəstəlikləri, mədə-bağırsaqda aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktoru kimi rol oynayır".