Gələcəkdə telefonlar olmayacaq


Digərləri 24 Avq 2018 23:03:00 214 0

Gələcəkdə telefonlar olmayacaq

Smartfonlar sosial həyatımızın hər dövründə özünə tam yer etmiş vəziyyətdədir. Sürətli prosessorlar, böyük parlaq ekranlar, yüksək çəkim gücü olan kameraları və zərif dizaynlar. Növbəti addım nədir?

Son.az "ölkə.az"-a istinadən bildirir ki, ilk iPhone təqdimatından bəri 11 il ərzində smartfonların sürətlə inkişaf etdiyini görürük.

Bu gün mobil telefon üzərində olan NFC texnologiyası ilə ödəniş edə bilirik.

Samsung galaxy S9 telefonlarında olan sensorlar vasitəsilə təzyiq ölçmək də mümküdür.

Huawei 2 kameral P20 Pro modelində 40 meqapiksel fotolar çəkə bilən sensorlardan istifadə edir.

Apple iPhone X-in ön tərəfinə yerləşdirilən sensorlar vasitəsiə insan üzünün 3D xəritəsi çəkilir.

Bir neçə ilə 5G texnolgiyası sayəsində 1Gbps sürətlə internetə daxil olacağıq və bu zaman heç bir gecikmə baş verməyəcək.

11 ildə gəldiyimiz yol budur. Bəs qarşıdakı 10-15 il ərzində mobil dünyada nələr baş verəcək? 

Qatlanan ekranlar

Ekran böyüklüyü məsləsəində demək olar ki, son həddəyik. Bir il içərisində ekrandan barmaq izi oxuma da adi bir şey olacaq. Bu günün telefonları tezliklə sadəcə ekrandan ibarət olan dizayna çevriləcək. Ondan sonrakı addım isə qatlanan ekranlar olacaq. LG artıq tezliklə qatlanan OLED ekranlı televizorları ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Bununla kifayətləniləcəkmi? Təbii ki, yox!

Hazırda geyinilə bilən texnologiyanın ən böyük təmsilçisi ağıllı saatlardır. Hazırda Google və digər bir çox şirkətlərin ağıllı gözlük sınaqları mövcuddur. Bunlardan ən böyük addımı Microsoft atdı. Gəəcəyin açarı HoloLens-də gizli ola bilər.