Məşhur ulduzdan ŞOK etiraf: "Qadınlardan soyudum"


Digərləri 24 Avq 2018 22:58:00 260 0

Məşhur ulduzdan ŞOK etiraf: "Qadınlardan soyudum"

"İşte benim stilim" verilişinin tanınmış münsifi və Dj Kamal Doğulu qadınlardan soyuduğunu etiraf edib.

Son.az xəbər verir ki, ulduz Qurban Bayramı tətilində Bodrumda səhnəyə çıxıb. Çaldığı mahnılar və rəqsləri fanatlarını coşduran Doğulu rəqsləriylə diqqət çəkib. "Hər kəsə xoşbəxt və firavan günlər arzulayıram" deyən Doğulu yeni layihəsindən bəhs edib:

"Dəbdən uzaqlaşdım, soyutdular məni. Dəbdən uzaqlaşma səbəbim qadınlardır. Həqiqətən də yorulmuşam. O studiyada tək kişi mən idim. Dəblə bağlı verilişlərdə iştirak etmək istəmirəm. Amma başqa layihələr var, dəyərləndirməyə çalışıram. Lakin çox maraqlı və fərqli dəb proqramı olsa, niyə də olmasın. Dəb proqramları ilə bağlı mənə gələn formatları bəyənmirəm. Dəblə əlaqəli olmayan bir format var, onun haqqında düşünürəm. Görək hansına qərar verəcəyəm".