Taksi şirkətinin sürücüləri yolda tıxac yaradır VİDEO


Digərləri 24 Avq 2018 22:08:00 228 0

Taksi şirkətinin sürücüləri yolda tıxac yaradır  VİDEO

Sürücülər ensiz yolun kənarında avtomobillərini 2 cərgə park ediblər. Nəticədə belə bir mənzərə yaranıb.

Bura paytaxtda fəaliyyət göstərən taksi şirkətlərindən birinin qarşısıdır. Xüsusi dayanacağı olmadığı üçün şirkətdə faəliyyət göstərən taksilərin sürücüləri maşınlarını yol kənarında saxlayır. Son.az bildirir ki, yoldan istifadə edən digər sürücülər bu səbəbdən tıxacda qalır, yaxud da əks zolağa çıxıb qəza şəraiti yaradırlar.

Bir neçə sürücünin şikayətini nəzərə alaraq həmin ərazidə vəziyyəti araşdırdıq. Ərazidə çəkiliş apardığımız zaman həqiqətəndə yolda tıxacın yarandığının şahidi olduq. Məlum oldu ki, yolun sağ hərəkət zolağında bir taksi şirkətinin ofisi yerləşdiyindən bura günün müxtəlif saatlarında taksi sürücüləri gəlir, yolun həm sağ, həm də sol zolağında avtomobilləri 2 cərgə saxlayırlar. Bu da həmin yoldan istifadə edən sürücülərin haqlı narazılığına səbəb olur.

Taksi şirkətinin nümayəndəsi isə deyilənlərlə razılaşmayaraq bildirdi ki, onların şirkətində çalışan sürücüləravtomobillərini yolun kənarında yox, başqa ərazidə saxlayırlar.