Azərbaycanda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb


Digərləri 24 Avq 2018 22:12:00 266 0

Azərbaycanda avtoyuma məntəqəsində yeniyetməni cərəyan vuraraq öldürüb

Cəlilabad şəhərində yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

Son.az "report"-a istinadən bildirir ki, Mikayıl Müşfiq küçəsində yaşayan 2004-cü il təvəllüdlü yerli sakin Məmmədov Hüseyn Zaur oğlunu avtoyuma məntəqəsində elektrik cərəyanı vurub.

Uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.