Avropa İttifaqı İrana 18 milyon avro yardım ayırıb


Dünya 24 Avq 2018 21:54:00 215 0

Avropa İttifaqı İrana 18 milyon avro yardım ayırıb

Avropa İttifaqı (Aİ) İrana 18 milyon avroluq yardım paketini açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Bildirilir ki, 8 milyon avrosu özəl sektora aid olmaqla İranda davamlı iqtisadi və sosial inkişafı dəstəkləyən layihələrə ümumilikdə 18 milyon avroluq yardım paket qəbul edilib. Bu maliyyə yardımı İranın nüvə razılaşması çərçivəsində Aİ tərəfindən planlaşdırılan ümumilikdə 50 milyon avro məbləğindəki yardımın ilk paketidir.