Cənubi Koreyanın sabiq prezidentinin həbs cəzası 25 ilədək uzadılıb


Dünya 24 Avq 2018 21:35:00 499 0

Cənubi Koreyanın sabiq prezidentinin həbs cəzası 25 ilədək uzadılıb

Cənubi Koreyanın Ali Məhkəməsi avqustun 24-də ölkənin sabiq prezidenti Pak Kın Henin həbs cəzasının müddətini 24 ildən 25 ilə qədər, cərimənin miqdarını isə 16 milyon dollardan 18 milyon dollaradək artırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, prokurorluq məhkəmədən sabiq prezidentə 30 il həbs cəzası verilməsini və cərimənin miqdarının 105 milyon dollara qədər artırılmasını tələb edirdi.